"Serebral İflic Akademiyası" MMC 2018-ci ildən fəaliyyətə başlamış və artıq 7 ildir ki, fiziki məhdudiyyətli və əqli inkişaf geriliyi olan uşaqların reabilitasiyasını, həmçinin müalicəsini beynəlxalq səviyyədə təşkil edir. Mərkəzdə əsasən uşaq serebral iflici, sinir-əzələ və genetik xəstəliklər, ortopedik, nitq, psixoloji problemləri olan pasiyentlərin reabilitasiyası aparılır, eyni zamanda bütün yaş qrupları üzrə psixo-pedaqogika, loqopediya, psixologiya, müalicəvi idman sahəsində bütün növ korreksiyaları həyata keçirir.
Serebral İflic Akademiyasının unikallığı ondan ibarətdir ki, o, Azərbaycanda tibb, psixologiya və pedaqogikanı birləşdirən ilk mərkəzlərdən biridir. Bu bizə imkan verir ki, pasiyentin fiziki və psixi sağlamlıq problemlərini həll etməklə yanaşı, fiziki məhdudiyyətli uşaqların şəxsi keyfiyyətlərini və fərdi xüsusiyyətlərini formalaşdıra bilək.
Böyük hədəflərə köklənən Serebral İflic Akademiyası bundan sonra da inkişaf edərək cəmiyyət üçün faydalı olmağa davam edəcəkdir.