Serebral İflic ilə Yaşamaq Kitabı
22 Oktyabr 2025

Serebral İflic ilə Yaşamaq Kitabı

Uşaq Serebral İflici əsasən duruşun, hərəkətin pozulması ilə müşahidə olunan inkişaf pozuntusudur. Serebral iflic zamanı müxtəlif səbəblərdən beyində hərəkəti idarə edən sahə zədələnir, nəticədə əzələlər beynin bu zədələnmiş sahəsindən yanlış informasiyalar aldığı üçün gah boşalır, gah yığılır. Əzələlərdə yaranan zəiflik, sərtlik, hərəkətlərin azalmasına, bədən tarazlığının pozulmasına səbəb olur. Serebral iflicin rastgəlmə tezliyi ortalama hər 1000 doğulana 1-5 uşaq təşkil edir və dünyanın bütün ölkələrində rast gəlinir.

Bu kitab ailələrin hər gün qarşılaşdığı çətinlikləri, o cümlədən serebral iflicli uşağa lazım olan duruş və hərəkətləri öyrətmək, özünəqulluq bacarıqlarını inkişaf etdirmək, skeletdə yaranan deformasiyaların qarşısını almaq kimi müxtəlif problemlərin həlli yollarını göstərmək üçün köməkçi vasitədir.

Kitabda əsas məlumatlardan biri də serebral iflicli uşaq olan ailələrin ilk günlərdən uşağı düzgün tutması, yönləndirməsi, qidalandırılması haqqında biliklərini artırmaqdır. Çünki adi duruş qaydalarını bilməklə ilk günlərdən uşağa daha çox yardım etmək, patoloji hərəkətlərin qarşısını almaq olar.

Serebral iflicdən əziyyət çəkən uşaqların da düzgün qulluğa, müalicəyə və cəmiyyət üçün faydalı bir şəxsiyyət kimi yaşamağa hüququ vardır. Onlara yardım etmək, həyatını yaxşılaşdırmaq, problemlərini yüngülləşdirmək insanlıq borcumuzdur.

 

Müəlliflər:

Həkim-nevroloq İlahə Hacıyeva

Həkim-genetik t.f.d İlhamə Bəhməni

 

Kitabı aşağıdakı linkdən yükləyə bilərsiniz:

https://cpacademy.az/public/uploads/files/file_1761146967_SerebralIflicIleYasamaq.pdf 

 

Bu layihə haqqında məlumat

Bu və digər layihələr haqqında ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

Layihələrimizə Qatılın

Siz də layihələrimizə dəstək olmaq istəyirsiniz?