Elektromioqrafiya (EMQ) Müayinəsi

Elektromioqrafiya (EMQ) Müayinəsi

Elektromioqrafiya (EMQ) – əzələlərin və sinir hüceyrələrinin (neyronların) orqanlara ötürdüyü elektriksiqnallarına necə cavabverdiyini ölçən diaqnostik nevroloji üsuldur. Bu test əzələlərin istirahətdə və fəaliyyət zamanı yaratdığı elektrik aktivliyini qiymətləndirir. EMQ vasitəsilə problemin əzələlərdə, yoxsa onları qidalandıran sinirlərdə olub-olmadığı müəyyən edilir.

EMG xüsusi “elektromioqraf” adlı cihazla həyata keçirilir və nəticələr elektromioqram şəklində qeyd olunur. Test zamanı bir və ya bir neçə kiçik iynə (elektrod) dəridən əzələyə yeridilir. Bu elektrodlar vasitəsilə toplananelektrik aktivliyi osiloskopda (dalğalar formasında göstərən monitor) vizual şəkildə izlənilir və səs gücləndiricisi ilə eşidilə bilər.

Pasiyentdən əzələləri yüngül və ya güclü şəkildə yığmaq (məsələn, ayağını qaldırmaq) istənilə bilər. Bu zaman yaranan elektrik siqnallarının forması, ölçüsü və cavab sürəti, əzələnin funksionallığı və sinirəlaqəsi haqqında məlumatverir. Əzələ nə qədər güclü yığılırsa, bir oqədər çox əzələ lifi aktivləşir və aksiyonpotensialı yaranır.

EMQ – əzələlərin istirahət, yüngül və güclü yığılma anlarındakı elektrik fəaliyyətini ölçməklə sinir-əzələ əlaqəsini dəyərləndirən mühüm tibbi testdir.

EMQ testi ümumilikdə iki mərhələdən ibarətdir və təxminən 30-60 dəqiqə davam edir. Nəticələr rəqəmsal olaraq qeyd olunur və nevroloq tərəfindən təhlil edilir.

Səthi EMQ (səthi elektrodları ilə): Elektrodlar dəriyə yapışdırılır və sinirkeçiriciliyi ölçülür. Elektriksiqnalları pasiyentin qol və ya ayağına verilir və nəticələr kompüterə ötürülür. Bu mərhələdə sinirinkeçiriciliksürəti və funksionallığı müəyyən edilir.

İynə EMQ: Lazım gəldikdə həkim tərəfindən aparılır. Steril, birdəfəlik iynə əzələyə yeridilir və əzələnin istirahətdə və yığılma zamanı elektrikfəaliyyəti izlənilir.

EMQ testi aşağıdakı xəstəliklərin və pozuntuların aşkarlanmasında geniş istifadə olunur:

  • Fokal nevropatiyalar
  • Diabet və böyrək çatışmazlığı 
  • Bel və boyun yırtığı 
  • Miyopatiyalar
  • ALS və Uşaqlıq iflici
  • Neyromuskulyar xəstəliklər:
  • Myasteniya Qravis kimi sinir və əzələ arasında siqnal ötürülməsinin pozulduğu hallarda istifadə olunur.
Digər Xidmətlər
Nevroloq Müayinəsi
Nevroloq Müayinəsi

Uşaqlarda nevroloji problemlər vaxtında aşkarlanmadıqda, bu, onların psixo...

Elektroensefaloqrafiya (EEQ) Müayinəsi
Elektroensefaloqrafiya (EEQ) Müayinəsi

Elektroensefaloqrafiya (EEQ) – beynin elektrik aktivliyini qeydə alan və öl...

İcbari Tibbi Sığorta
İcbari Tibbi Sığorta

Serebral İflic Akademiyası artıq İcbari Tibbi Sığorta ilə də xidmətlər...

Mütəxəssislə konsultasiya təyin edin