Elektroensefaloqrafiya (EEQ) Müayinəsi
Elektroensefaloqrafiya (EEQ) – beynin elektrik aktivliyini qeydə alan və ölçən qeyri-invaziv bir nevroloji testdir. İnsan beyni çox zəif elektrik cərəyanları yaratsa da, mürəkkəb funksional quruluşa malikdir. Bu test zamanı, beyin neyronlarının (sinir hüceyrələrinin) yaratdığı elektrik dalğaları xüsusi cihaz vasitəsilə qeydə alınır və bu dalğalar əsasında beynin funksional vəziyyəti qiymətləndirilir.
EEQ testinin tətbiq sahəsinə və xəstənin vəziyyətinə əsasən müxtəlif növləri mövcuddur. Ən çox istifadə olunan növlər:
- Rutin EEQ – standart test, qısa müddətli aparılır
- Ambulator EEQ – pasiyent gündəlik həyatını davam etdirərkən uzunmüddətli izləmə
- Uzunmüddətli EEQ – epilepsiya kimi xəstəliklərdə daha detallı müşahidə üçün istifadə olunur
- Video-EEQ monitorinqi – eyni zamanda görüntü və elektrik aktivliyi qeydə alınır
- Yuxu EEQ – yuxu pozuntularını və yuxuda baş verən beyin fəaliyyətini ölçür
EEQ testi, aşağıdakı hallarda həkim tərəfindən istənilə bilər:
- Epilepsiya (sara) xəstəliyinin diaqnozu və izlənməsi
- Beyin iltihabı (ensefalit, meningit və s.)
- Bayılma (senkop), şüur pozuntuları
- Yaddaş itkiləri, idrak pozuntuları
- Xroniki baş ağrılarının səbəbini araşdırmaq
- Yuxu pozuntuları və yuxu keyfiyyətinin dəyərləndirilməsi
- Zehni gerilik, öyrənmə çətinlikləri
- Psixiatrik xəstəliklərin differensial diaqnozunda
- Beyin travmaları, zədələnmələr
- Alzheimer xəstəliyi
- Beyin şişləri
Digər Xidmətlər
Nevroloq Müayinəsi
Uşaqlarda nevroloji problemlər vaxtında aşkarlanmadıqda, bu, onların psixo...
Elektromioqrafiya (EMQ) Müayinəsi
Elektromioqrafiya (EMQ) – əzələlərin və sinir hüceyrələ...
İcbari Tibbi Sığorta
Serebral İflic Akademiyası artıq İcbari Tibbi Sığorta ilə də xidmətlər...