Slider Image 1
Dr. İlahə Hacıyeva

Dr. İlahə Hacıyeva

Həkim-Nevroloq

Həkim-nevroloq Dr.İlahə Hacıyeva Uşaq Nevroloji Xəstəxanasının baş həkimi, Avropa Pediatrik nevrololoqlar cəmiyyətinin və Azərbaycan Uşaq nevroloqlar assosiasiyasının üzvüdür. İlahə Hacıyeva artıq 20 ilə yaxındır ki, uşaq nevroloqu kimi müxtəlif nevroloji xəstəliklərdən əziyyət çəkən körpə və yeniyetmələrin həyatına toxunur.

Dr. Hacıyeva “Serebral İflic ilə yaşamaq” (2023) və “Dmd (Düşen əzələ distrofiyası) ailə məlumat kitabçası (2024) kitablarının, eləcə də “Bakı şəhərində uşaq serebral iflicinin xəstələnmə səviyyəsi” (Morbidity rate of children's cerebral palsy in Baku city) və “Orta Asiya və Zaqafqaziyada nadir uşaq nevroloji xəstəliklərinin genomik əsaslarının aydınlaşdırılması” (Elucidating the genomic basis of rare pediatric neurological diseases in Central Asia and Transcaucasia) məqalələrinin müəllifidir. Bununla yanaşı İlahə Hacıyeva ölkəmizi Türkiyə, Qazaxstan, Rusiya və bir çox Avropa ölkələrində həyata keçirilən beynəlxalq konfranslarda da təmsil etmişdir.

İlahə xanım 2018-ci ildə Serebral İflic Akademiyasını təsis etmiş və artıq 8-ci ildir ki, bu müəssisəyə rəhbərlik edir. İlahə doktorun rəhbərliyi altında ixtisaslaşmış həkimlərin cəmləşdiyi Serebral İflic Akademiyası serebral iflic və bir sıra nadir xəstəlik diaqnozlu uşaqların reabilitasiyasını həyata keçirir.  

Xidmət almaq üçün müraciət edin

Mütəxəssislə konsultasiya təyin edin