Fizioterapiya

Fizioterapiya

Fizioterapiya və reabilitasiya, hərəkət sistemində meydana gələn funksional pozğunluqların, ağrıların, travmaların və bəzi xroniki xəstəliklərin müalicəsində tətbiq olunan tibbi sahədir. Fizioterapiya – dərman istifadə edilmədən, əsasən fiziki amillərlə (istilik, elektrik, su, maqnit, lazer və s.) müalicə üsullarını əhatə edir. Reabilitasiya isə bir insanın funksional və psixososial qabiliyyətlərini bərpa etməyə yönəlmiş daha geniş sahədir.

Bu metodlarla xəstənin:

  • Hərəkət qabiliyyəti artırılır,
  • Ağrı və şiş azalır,
  • Əzələ funksiyası və duruşu bərpa olunur,
  • Yaşam keyfiyyəti yüksəldilir.

Fizioterapiya, çox geniş xəstə qrupuna tətbiq edilə bilər. Əsas tətbiq sahələri bunlardır:

İnsult (beyin qanaması), iflic, MS (multipl skleroz), parkinsonizm, serebral iflic, bel-boyun ağrıları, oynaq iltihabı (artrit), osteoartrit, donmuş çiyin, menisk zədəsi, qırıq, çıxıq, əzilmə və əməliyyatdan sonrakı vəziyyətlər. Eyni zamanda ortopedik əməliyyatlardan sonra, revmatoid xəstəliklərdə, idman zədələrində, tənəffüs sistemi xəstəliklərində, eləcə də uşaqlarda rast gəlinən skolioz, inkişaf geriliyi, dayaq-hərəkət sistemindəki problemləri. 

Bəzi hallarda fizioterapiya əks göstərişdir və ehtiyatla yanaşılmalıdır. Əks Göstərişlər:

  • Aktiv iltihabi və infeksion xəstəliklər (hərarətli dövrdə)
  • Bədxassəli şişlər (xərçəng), xüsusilə yayıla biləcək mərhələlərdə
  • Hamiləliyin bəzi mərhələlərində (bölgədən asılı olaraq)
  • Qanaxma meyilli vəziyyətlər (hemofiliya və ya antikoaqulyant istifadə edənlər)
  • Ürək stimulyatoru (pacemaker) olan şəxslərdə elektrik cərəyanı tətbiqləri
  • Açıq yaralar, irinli infeksiyalar olan bölgələr
  • Qıcolma (epilepsiya) tarixi olan şəxslərdə bəzi elektroterapiya növləri
  • Damar tıxanıqlığı və ya tromb ehtimalı olan hallarda

Fizioterapiya müxtəlif cihaz və texnikalardan istifadə etməklə fərqli üsullarla tətbiq edilir:

  • Elektroterapiya
  • Termoterapiya (İstilik və Soyuq Terapiya)
  • Lazer və Maqnit Terapiyası
  • Manual Terapiya
  • Bərpaedici Məşqlər (Müalicəvi bədən tərbiyəsi)
  • Hidroterapiya (Su ilə müalicə)

 

 

 

Digər Xidmətlər
Nevroloq Müayinəsi
Nevroloq Müayinəsi

Uşaqlarda nevroloji problemlər vaxtında aşkarlanmadıqda, bu, onların psixo...

Elektromioqrafiya (EMQ) Müayinəsi
Elektromioqrafiya (EMQ) Müayinəsi

Elektromioqrafiya (EMQ) – əzələlərin və sinir hüceyrələ...

Elektroensefaloqrafiya (EEQ) Müayinəsi
Elektroensefaloqrafiya (EEQ) Müayinəsi

Elektroensefaloqrafiya (EEQ) – beynin elektrik aktivliyini qeydə alan və öl...

Mütəxəssislə konsultasiya təyin edin