Erqoterapiya

Erqoterapiya

Erqoterapiya anadangəlmə və ya qazanılmış fiziki, psixoloji və ya koqnitiv pozğunluqları olan şəxslərə həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edən şəxs mərkəzli reabilitasiya sahəsidir. Erqoterapiya, xüsusi terapevtik üsullar vasitəsilə gündəlik fəaliyyətlərində məhdudiyyət olan fərdləri yenidən cəmiyyətə inteqrasiya etmək məqsədi daşıyır. 

Erqoterapevtlər fərdlərə gündəlik həyat fəaliyyətini yerinə yetirmək bacarığı öyrətməklə, onların gündəlik həyatlarında müstəqil olaraq özünə xidmət bacarıqlarına yiyələnmələrini hədəf alırlar. Erqoterapevtlər həmin şəxslərin motor və duyğu bacarıqlarını, hərəkət keyfiyyətini, koqnitiv və psixososial statusunu qiymətləndirir, onların fəaliyyətlərini və ya mühitlərini dəyişdirərək itirilmiş bacarıqlarını bərpa etməyə kömək edirlər. 

 Erqoterapevtlər bir insanın ehtiyac duyduğu bütün resurslara malik olmasını təmin edir, hərəkətə, fəaliyyətə və bacarıqlara nail olmaq üçün düzgün yollar tapmağa kömək edir. Onlar həmçinin şəxsin ümumi fiziki sağlamlığını yaxşılaşdırmaq üçün multidisiplinar komanda şəklində həkim-nevroloq, psixoloq və fizioterapevt ilə işləyirlər.

Erqoterapevtlər aşağıdakı sahələrdə işləyir və xidmət göstərir:

  1. Pediatrik erqoterapiya. Pediatrik erqoterapiya  serebral iflic, autizm və hissiyyatın pozğunluqları, öyrənmə və davranış problemləri ilə müşayiət olunan digər xroniki xəstəlikləri olan uşaqlara kömək etmək, həmçinin sosiallaşmaq, motor və sensor bacarıqlarını inkişaf etdirmək və idrak qabiliyyətlərini artırmaq üçün istifadə olunur. Pediatrik erqoterapevtlər uşaqların akademik performanslarını və oyun kimi gündəlik fəaliyyətlərlə bağlı bacarıqlarını qiymətləndirir və inkişaf etdirməyə kömək edir.
  2. Koqnitiv erqoterapiya. Koqnitiv bacarıqlar gün ərzində qərar qəbul etmə, problem həll etmə, yaddaş və diqqətə təsir göstərə bilər. İstər anadangəlmə, istərsə də qazanılmış idrak problemləri bir erqoterapevt tərəfindən qiymətləndirilir. Pasientə uyğun olan koqnitiv bacarıqları dəstəkləmək üçün fəaliyyətləri ehtiva edən terapiya proqramı hazırlanır və həyata keçirilir. Bu təcrübələr fərdin yaddaşını, diqqətini və ünsiyyət bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır.
  3. Geriatrik erqoterapiya. Qocalma ilə müşayiət olunan Demans, Alzheimer və Parkinson kimi beyin xəstəlikləri səbəbiylə fərdlər gündəlik həyatda ən sadə işləri belə yerinə yetirmək qabiliyyətini itirə bilər. Bu hallarda erqoterapevtlər fərdlərə gündəlik fəaliyyətlərini yerinə yetirmək üçün lazım olan bacarıqları inkişaf etdirməyə, qoruyub saxlamağa və ya bərpa etməyə kömək edən fərdi terapiya proqramı həyata keçirir.
  4. Peşə sahələrinin erqoterapiyası. Erqoterapevtlər hər hansı səbəbdən (fiziki, idrak və ya psixoloji) iş yerinə uyğunlaşa bilməyən anadangəlmə və ya qazanılmış əlilliyi olan şəxslərin məşğulluğunu təmin etmək məqsədi daşıyır. Bu məqsədə çatmaq üçün onlar fərd üçün müdaxilə proqramları hazırlayır və ya məşğulluğu təmin etmək üçün işəgötürənlə fərd arasında əlaqə rolunu oynayırlar. 
  5. Psixiatrik erqoterapiya. Erqoterapevtlər psixi sağlamlıq problemləri (bipolyar pozğunluq, şizofreniya, davranış pozğunluqları və s.) yaşayan fərdlərin işini, sosial həyatını, həyat bacarıqlarını və asudə vaxtlarını yaxşılaşdırmağa kömək edərək onları yenidən cəmiyyətə inteqrasiya etməyi hədəfləyirlər. Bu təcrübədə xəstənin davranışını müşahidə edərək terapiya və müalicə planı hazırlanır.
  6.  

 

Digər Xidmətlər
Nevroloq Müayinəsi
Nevroloq Müayinəsi

Uşaqlarda nevroloji problemlər vaxtında aşkarlanmadıqda, bu, onların psixo...

Elektromioqrafiya (EMQ) Müayinəsi
Elektromioqrafiya (EMQ) Müayinəsi

Elektromioqrafiya (EMQ) – əzələlərin və sinir hüceyrələ...

Elektroensefaloqrafiya (EEQ) Müayinəsi
Elektroensefaloqrafiya (EEQ) Müayinəsi

Elektroensefaloqrafiya (EEQ) – beynin elektrik aktivliyini qeydə alan və öl...

Mütəxəssislə konsultasiya təyin edin