Defektoloq və Loqoped Xidmətləri

Defektoloq və Loqoped Xidmətləri

Defektoloq inkişaf qüsuru olan uşaqlarla həkim kimi deyil, nitq terapisti kimi işləyir. Defektoloq eşitmə və ya görmə, nitq və ya idrak qabiliyyətlərində (məsələn, serebral iflic,  əqli gerilik, autizm, daun sindromu və b.) problemləri olan uşaqlarla işləyir. Bununla yanaşı, böyüklər də defektoloqun köməyinə ehtiyac duya bilər. Məsələn, ağır beyin xəsarətləri və ya insultlardan sonra, həmçinin neyrodegenerativ xəstəliklər - beyin sinir hüceyrələrinin ölümü ilə nəticələnən və əlilliyə və demensiyaya səbəb olan xəstəliklərdən sonra sağalmaq üçün defektoloqun dəstəyi vacibdir. 

Loqoped uşaqların nitqinin inkişafı üzərində işləyir: nitq qüsurlarını korreksiya etmək, səsləri düzgün tələffüz etməyi öyrətmək, nitq bacarıqlarını inkişaf etdirməyə kömək etmək. 

Nitq qüsurlarının aşağıdakı təsnifatı mövcuddur:

  1. Fonetik qüsurlar – səslərin təhrif tələffüzü və ya heç olmaması. Bu qüsurlar dislaliya, dizartriya və rinolaliya kimi diaqnozlaşdırılırlar. 
  2. Nitqin itirilməsi və ya inkişafdan geri qalması. Bura alaliya və afaziya daxildir. 
  3. Nitq surətinin, ritminin və səlisliyinin pozulması taxılaliya, bradilaliya.

 

Digər Xidmətlər
Nevroloq Müayinəsi
Nevroloq Müayinəsi

Uşaqlarda nevroloji problemlər vaxtında aşkarlanmadıqda, bu, onların psixo...

Elektromioqrafiya (EMQ) Müayinəsi
Elektromioqrafiya (EMQ) Müayinəsi

Elektromioqrafiya (EMQ) – əzələlərin və sinir hüceyrələ...

Elektroensefaloqrafiya (EEQ) Müayinəsi
Elektroensefaloqrafiya (EEQ) Müayinəsi

Elektroensefaloqrafiya (EEQ) – beynin elektrik aktivliyini qeydə alan və öl...

Mütəxəssislə konsultasiya təyin edin