Psixoloq Xidmətləri
Uşaq psixoterapiyası, psixoloqun uşağın emosional sferasını və davranış reaksiyalarını bərpa etmək üçün istifadə etdiyi bir sıra müxtəlif üsul və fəaliyyətləri özündə cəmləşdirən psixoterapiyanın bir sahəsidir. Uşaq psixoterapiyasının əsas prinsipi uşaqların şəxsiyyətinin inkişafına təsir edən bütün amilləri nəzərə alaraq onlarla işləmək zərurətidir. Bu amillərə sosial mühit, tərbiyə şəraiti, müəyyən psixi funksiyaların yaşa bağlı inkişaf mərhələləri, yaşa bağlı davranış normaları daxildir.
Təcrübəli psixoloq uşaq və valideyn, məktəb müəllimləri, tərbiyəçilər və yaxın qohumlar arasında münasibətləri yaxşılaşdırmağa kömək edir, həmyaşıdları ilə ünsiyyət qurmağı öyrədir və öz emosiyalarını idarə etmək bacarığını inkişaf etdirməyə kömək edir.
Həmçinin, uşaq psixoloqu psixoloji inkişafda geriləmə, diqqət əksikliyi və hiperaktivlik pozuntuları, autizm, daun sindromu və başqa problemlərindən əziyyət çəkən uşaqlara dəstək göstərir.
Digər Xidmətlər
Nevroloq Müayinəsi
Uşaqlarda nevroloji problemlər vaxtında aşkarlanmadıqda, bu, onların psixo...
Elektromioqrafiya (EMQ) Müayinəsi
Elektromioqrafiya (EMQ) – əzələlərin və sinir hüceyrələ...
Elektroensefaloqrafiya (EEQ) Müayinəsi
Elektroensefaloqrafiya (EEQ) – beynin elektrik aktivliyini qeydə alan və öl...